Fransada Makrona qarşı impiçment təklifi qəbul edilməyib

Fransa parlamentin aşağı palatasının ali kollegial orqanı olan Milli Assambleya Bürosu Prezident Emmanuel Makrona qarşı impiçment elan olunması təklifini qəbul olunmaz hesab edib.

APA xəbər verir ki, bu barədə "Le Figaro" nəşri məlumat yayıb.

Təklif müxalifətçi solçu "Üsyan edən Fransa" partiyası tərəfindən irəli sürülmüşdü. Təklifə qarşı Makronun partiyasının bütün deputatları səs verib. "Milli Birlik" partiyasının deputatları səsvermədə bitərəf qalıblar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31