İsveçrə Ukrayna vətəndaşlarına müvəqqəti mühafizə qaydalarını sərtləşdirir - ÖZƏL

İsveçrə hökuməti qərar verib ki, S statusu yalnız son zamanlar döyüş bölgələrində yaşayan Ukrayna vətəndaşlarına veriləcək.

Olaylar xəbər verir ki, bu barədə Konfederasiya hökumətinin mətbuat xidməti məlumat yayıb.

Miqrasiya üzrə Dövlət Katibliyi (SEM) Ukrayna bölgələrini iki qrupa ayıracaq: geri dönmək mümkün olan və təhlükəli hesab olunan bölgələr. Hazırda geri dönmək mümkün hesab olunan bölgələr bunlardır: Volın, Rovno, Lviv, Ternopol, Zakarpatiya, İvano-Frankovsk və Çernovtsi. SEM siyahını vəziyyət dəyişdikcə yeniləyəcək.

Qaydalar artıq S statusunu almış şəxslərə və onların Ukraynada qalan ailə üzvlərinə şamil edilmir. Bundan başqa, S statusuna malik şəxslər yarım ildə 15 gündən çox Ukraynada qala bilməyəcəklər; əvvəllər bu müddət hər rübdə tətbiq olunurdu.

Yeni qaydalar 1 noyabr 2025-ci il tarixindən qüvvəyə minəcək və S statusu mart 2027-ci ilə qədər qüvvəsini saxlayacaq. Bu status sahiblərinə iş icazəsi, tibbi sığorta və təhsil imkanları, həmçinin ölkədaxili və xarici sərbəst hərəkət hüququ təmin edir.

Qeyd edək ki, əvvəlcə Viqoltinqen şəhərinin meri Franka Burkhardt Ukraynadan gələn qaçqınları tənqid edərək, onların göstərilən dəstəyi qiymətləndirmədiyini və turist kimi davrandığını bildirib. Mart ayında SEM məlumat yayıb ki, 2022-ci ilin fevralından bəri İsveçrədə 30 mindən çox ukraynalı S statusunu itirib, 68 min nəfər isə hələ də bu statusdan istifadə edə bilir.

İbrahim Məmmədli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31