Zaxarova: “Ukraynada xalq nə vaxt ayılacaq?” - ÖZƏL

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, ukraynalılara birbaşa bir sual vermək istərdi.

Olaylar xəbər verir ki, bu barədə "Lenta.ru" məlumat yayıb.

Zaxarovanın sözlərinə görə, Ukraynada kütləvi səfərbərlik davam etdiyi bir vaxtda o, bu vəziyyətin cəmiyyət tərəfindən necə qəbul edildiyini anlamamaqda çətinlik çəkir.

"Ukraynada xalq nə vaxt ayılacaq? Mən bu sualı onlara birbaşa vermək istərdim", - deyə diplomat bildirib.

Qeyd edək ki, bundan əvvəl Ukrayna Silahlı Qüvvələrinin zabiti və "Maidan" işləri üzrə keçmiş prokuror Sergey Qorbatyuk bəyan etmişdi ki, səfərbərlik məntəqələrinə könüllü gələn şəxslər də səfərbər edilənlərlə birlikdə zirzəmilərdə saxlanılır.

İbrahim Məmmədli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31