İranda iki bəhai qadına 30 il həbs cəzası verildi
17:25 Dünyaİranın Kərəc və Şiraz şəhərlərində islam dininin bəhai təriqətinə mənsub iki qadın fəal ağır həbs cəzasına məhkum edilib.
Axar.az xəbər verir ki, bu haqda Beynəlxalq Bəhai İcması məlumat yayıb.
Məlumata görə, Röya Sabit 25 il, Nahid Bəhruzi isə 5 il azadlıqdan məhrum edilib.
R.Sabit "İsrail vətəndaşları və qurumları ilə əməkdaşlıq və ünsiyyətdə olmaq", "ölkənin təhlükəsizliyinə zidd hərəkət etmək niyyəti ilə qrup yaratmaq və idarə etmək", "islam dininin qanunlarına zidd olaraq məzhəb təbliğatı aparmaq" ittihamlarına görə 25 il həbs cəzasına məhkum edilib.
Nahid Bəhruzi isə "bəhai icmasına üzv olmaq" və "islam qanunlarını pozan təlim və təbliğat aparmaq"da günahlandırılaraq, 5 il həbs cəzasına məhkum olunub.
Qeyd edək ki, hazırda İranda 300 mindən çox bəhai yaşasa da, İran Konstitusiyası bəhai təriqətini rəsmən tanımır.
İran Mədəni İnqilab Ali Şurasının qərarına əsasən, bəhai təriqətinə mənsub olanlar ölkədə vətəndaşlıq hüququ olmayan insanlar sayılırlar.