Rubio Parisə gedir: Qəzzanın taleyi müzakirə olunur

ABŞ dövlət katibi Marko Rubionun sabah Parisdə Avropa, ərəb və digər ölkələrin iştirakı ilə Qəzzada hakimiyyətin keçidi ilə bağlı keçiriləcək görüşdə iştirak edəcəyi gözlənilir.

Axar.az xəbər verir ki, bu barədə "Tayms of İsrail" üç diplomatik mənbəyə istinadla məlumat verib.

Məlumata görə, Parisdə keçiriləcək görüş ABŞ Prezidenti Donald Trampın irəli sürdüyü keçid planının necə həyata keçiriləcəyini müzakirə etmək və iştirakçı ölkələrin kollektiv öhdəliklərini dəyərləndirmək məqsədi daşıyır.

Görüş Misirin Şarm əl-Şeyx şəhərində İsrail, HƏMAS və vasitəçilər arasında davam edən danışıqlarla paralel baş tutacaq.

ABŞ-ın Parisdəki səfirliyi məsələ ilə bağlı hələlik şərh verməyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31