Rusiyada 100-ə yaxın azərbaycanlı hava limanında saxlanılıb – Bağlı otağa salınıblar

Bakıdan Moskvaya uçan bir qrup azərbaycanlı Jukovski hava limanında saxlanılıb və şəhərə buraxılmayıb.

Olaylar.az xəbər verir ki, məlumata görə, təxminən 100 nəfər hava limanının ikinci mərtəbəsində yerləşən, qapısı kilidlənmiş və heç bir şəraiti olmayan otağa salınıb.

Saxlanılan şəxslər bildiriblər ki, onlara nə su, nə də yemək verilir, həmçinin saxlanılmalarının səbəbi barədə heç bir izahat təqdim olunmayıb.

Hazırda məsələ ilə bağlı Azərbaycanın Rusiyadakı səfirliyinin vəziyyəti araşdırdığı bildirilir. (Musavat.com)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31