İran Avropa səfirlərini XİN-ə ÇAĞIRDI – Adalar mübahisəsi BÖYÜYÜR
16:15 Dünyaİran Xarici İşlər Nazirliyi Avropa İttifaqının Fars körfəzi məsələlərinə "qarışmasına" etiraz olaraq Tehrandakı Avropa ölkələrinin səfirlərini və diplomatik missiya rəhbərlərini nazirliyə çağırıb.
Olaylar.az xəbər verir ki, bu addıma səbəb Körfəz Əməkdaşlıq Şurası və Aİ xarici işlər nazirlərinin BƏƏ-nin "İranın Böyük Tənb, Kiçik Tənb və Əbu Musa adalarına dair əsassız ərazi iddialarına" dəstək ifadə edən bəyanatı olub.
İran XİN rəhbərinin müavini Rəvançi bu məsələ ilə bağlı Tehranın kəskin etirazını bildirib. O, bəyanatı "əsassız və İranın daxili işlərinə açıq müdaxilə" adlandırıb.
Rəvançi əlavə edib ki, "Avropa İttifaqı bu destruktiv davranışına görə cavab verməlidir".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31