Qazaxıstanda birpalatalı parlamentə keçid üçün işçi qrupu yaradıldı – ÖZƏL

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev "Parlament islahatı üzrə işçi qrupu haqqında" sərəncam imzalayıb. 

Olaylar.az xəbər verir ki, ArbatMedia-nın məlumatına görə, işçi qrupunun əsas məqsədi ölkənin birpalatalı parlament sisteminə keçidi ilə bağlı təkliflər hazırlamaqdır.

Qrupa Məclis və Senatın nümayəndələri, Qazaxıstan Xalqları Assambleyasının üzvləri, Məclisdəki siyasi partiya fraksiyalarının rəhbərləri, eləcə də hüquqşünas alimlər, konstitusiya hüququ və dövlət nəzəriyyəsi üzrə mütəxəssislər, elmi institutların rəhbərləri və Milli Qurultayın üzvləri daxil edilib.

Xatırladaq ki, Tokayev sentyabrın 8-də xalqa müraciəti zamanı yaxın gələcəkdə ölkənin birpalatalı parlament modelinə keçidi təklif etmişdi. Prezidentin sözlərinə görə, bu islahat barədə danışmaq onun üçün asan deyil, çünki o, on il ərzində Senata rəhbərlik edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31