TDT-yə üzv dövlətlər 2026-cı ildə birlikdə peyk istehsal edəcək

Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlər 2026-cı ildə birlikdə peyk istehsal edəcək.

Olaylar.az xəbər verir ki, təşkilatın Qəbələ Bəyannaməsində 2025-ci il iyulun 23-də İstanbulda keçirilən ilk iclasın nəticələrinin dəstəkləndiyi ifadə olunub.

Bildirilib ki, TDT bayrağı altında, üzv dövlətlərin ortaq mütəxəssisliyi və texnoloji gücü sayəsində əldə olunan mühüm bir nailiyyət kimi 2026-cı ildə buraxılması planlaşdırılan 12U TDT-SAT Küp Peykinin istehsalı və buraxılış prosesinin sürətləndirilməsi tapşırığı verilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31