Keçmiş baş nazir Filip: Makron büdcə qəbul edildikdən sonra istefa verməlidir - ÖZƏL
14:50 DünyaFransanın keçmiş baş naziri Eduar Filip hesab edir ki, prezident Emmanuel Makron üçün ən optimal qərar yeni dövlət büdcəsi qəbul edildikdən sonra istefa vermək olardı. Olaylar.az xəbər verir ki, bu fikri Filip "Le Figaro" qəzetinə müsahibəsində bildirib. 2017-2020-ci illərdə Makron administrasiyasında baş nazir vəzifəsini icra etmiş Eduar Filip qeyd edib ki, prezidentin belə addımı həm dövlətin, həm də demokratiyanın maraqlarına uyğun olar və ölkədə siyasi böhranın daha bir yarım il - növbəti prezident seçkilərinədək - davam etməsinin qarşısını alar. "Makron büdcə qəbul ediləndən dərhal sonra özünə uyğun vaxtda istefa verəcəyini elan etməklə vəziyyətə nəzarəti və siyasi sabitliyi qoruya bilər", - deyə Filip bildirib.
O, həmçinin ikinci variant kimi prezidentin istefası ilə bağlı referendum keçirilməsini də istisna etməyib. Lakin Filipin fikrincə, bu halda Makron səsvermənin nəticələrinə əsasən vəzifəsini tərk etməyə məcbur qalacaq.