Rusiya: Alyaska sammitinin münaqişəni həll impulsu itirilib - ÖZƏL

Olaylar.az xəbər verir ki,  Rusiyanın Xarici İşlər Nazirliyinin müavini Sergey Ryabkov bildirib ki, Ukrayna münaqişəsinin həlli üçün Alyaskada keçirilmiş sammitin yaratdığı impuls artıq itirilib. Ryabkov qeyd edib: "Təəssüf ki, Ankoricidəki sammitin razılaşma əldə etmək üçün yaratdığı impuls, əsasən münaqişənin tərəfdarları və "son ukraynalıya qədər müharibə" siyasətini dəstəkləyənlərin, ilk növbədə Avropalıların səyləri nəticəsində böyük ölçüdə itirildi".
O, həmçinin ABŞ-ın Ukraynaya Tomahawk tipli raketlər verməsinin ciddi eskalasiya olacağını bildirib: "Belə sistemlərin ortaya çıxması, əgər bu mərhələyə gəlinərsə, vəziyyəti əsaslı şəkildə dəyişdirəcək. Ancaq bu, bizim qoyduğumuz məqsədlərə çatmağa təsir etməyəcək".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31