ABŞ nümayəndələri Misirdə qalacaq: girovlar azad olunana qədər ölkəni tərk etməyəcəklər - ÖZƏL
13:40 DünyaABŞ prezidentinin sülhməramlı missiyalar üzrə xüsusi nümayəndəsi Stiven Uitkoff və ABŞ prezidentinin kürəkəni Cared Kuşner Misiri tərk etməyəcəklər, ta ki İsrail və Fələstin hərəkatı Həmas arasında ölkədə keçirilən dolayı danışıqlarda girovların azad edilməsi və Qəzza sektorunda atəşkəs barədə razılıq əldə olunana qədər. Olaylar.az xəbər verir ki, bu barədə Axios portalı Ağ Evdə yüksək vəzifəli bir məmura istinadla məlumat yayıb.
Məlumata görə, Uitkoff və Kuşner 8 oktyabr səhər tezdən Misirə gəliblər. Onlar bundan əvvəl Donald Trampla görüşərək 6 oktyabrda başlanmış danışıqların gedişi barədə məlumat veriblər. Axios-un mənbələri razılıq əldə olunması şansını bu həftə üçün ehtiyatlı optimizm ilə qiymətləndiriblər, lakin vurğulayıblar ki, Uitkoff və Kuşner lazım olduğu qədər Misirdə qalmağa hazırdırlar. ABŞ rəsmilərinin fikrincə, onların gəlişindən əvvəl danışıqlar "texniki xarakter" daşıyıb.
Qətər baş nazirinin müşaviri və xarici işlər nazirliyinin rəsmi nümayəndəsi Məcid bin Məhəmməd əl-Ənsari də bildirib ki, baş nazir və xarici işlər naziri Məhəmməd bin Əbdül Rəhman əl-Tani çərşənbə günü danışıqlarda iştirak etmək üçün Misirə yola düşəcək. Axios portalı qeyd edib ki, danışıqlara həmçinin Türkiyə və Misirin kəşfiyyat xidmətlərinin rəhbərləri qoşulmalıdır.