Moldova Rusiyanı əsas təhlükə elan edib – ÖZƏL
8 Oktyabr 2025 13:14 DünyaOlaylar.az xəbər verir ki, hökumət iclasında təsdiqlənmiş 2025-2035-ci illər üçün yeni hərbi strategiyaya əsasən, Rusiya Moldova təhlükəsizliyinə əsas hədə kimi baxılır.
Sənəddə sadalanan "milli təhlükəsizliyə hərbi risklər və təhdidlər" arasında Kişinyovun "təcavüz" kimi qiymətləndirdiyi Rusiyanın xüsusi hərbi əməliyyatı da yer alır.
Moldova hakimiyyəti Rusiyanın ölkə əraziləri üzərində nəzarəti genişləndirməsini "təhlükəsizliyə və dövlətçiliyə birbaşa və ciddi təhdid" kimi görür. Onlar sərhədlərinə qədər "quru dəhlizinin" yaradılmasından ehtiyat edirlər. Hərbi strategiyada, həmçinin Dnestryanı (Transnistriya) ərazisindəki Rusiya sülhməramlılarının mövcudluğu başqa bir "təhdid" kimi qeyd olunur.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31