Ruben Mxitaryan: “Paşinyan Gümrüdə öz komandasındakı nüfuzunu qorumağa çalışır” – ÖZƏL

Gümrüdə yerli özünüidarəetmə orqanlarına keçirilən seçkilərdə iştirak edən 47 443 seçicidən 30 246-sı "Vətəndaş Müqaviləsi" partiyasına qarşı səs verib. 

Olaylar.az xəbər verir ki, bu barədə Gümrü Şura üzvü Ruben Mxitaryan "Facebook" səhifəsində məlumat verib.

Onun sözlərinə görə, "Vətəndaş Müqaviləsi"nin topladığı 17 188 səsyə inzibati resursların və müxtəlif "çağırışların" təsirini çıxsaq, mənzərə daha da acınacaqlı görünür. Mxitaryan bildirib ki, Nikol Paşinyanın Gümrüdə atdığı addımlar, əslində, onun öz komandasındakı nüfuzunu qorumağa və Eçmiədzində keçiriləcək seçkilərdə müxalifətə səs vermək istəyənlərə mesaj göndərməyə xidmət edir.

"Paşinyanın formulu 2018-ci ilin aprelindən dəyişməyib - ya mən baş nazir olacam, ya da Ermənistanda hökumət başçısı olmayacaq," - deyə Mxitaryan qeyd edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31