İran Rusiyanın köməyi ilə səkkiz atom elektrik stansiyası tikmək istəyir – ÖZƏL
12:10 Dünyaİran İslam Respublikasının Atom Enerjisi Təşkilatının rəhbəri Məhəmməd Eslami ölkəsinin Rusiya ilə əməkdaşlıq çərçivəsində ümumilikdə səkkiz atom elektrik stansiyası (AES) tikmək niyyətində olduğunu bəyan edib.
O, iki ölkə arasında bununla bağlı müvafiq protokolun mövcud olduğunu xatırladıb.
Olaylar.az xəbər verir ki, Mehr agentliyinin məlumatına görə, rəsmi şəxsin sözlərinə əsasən, bu stansiyalardan biri - Buşehr AES-i artıq istismardadır (hələ 2011-ci ildə enerji sisteminə qoşulub), ikisi tikinti mərhələsindədir, ümumi gücü 5 min meqavat olacaq daha beşinin isə Hörmüzqan əyalətində tikilməsi planlaşdırılır.
Eslami, həmçinin İsrailin iyun ayında həyata keçirdiyi hücumlar nəticəsində nüvə obyektlərinə dəymiş ziyan barədə məlumat verib və onların bərpası üçün görülən tədbirlərdən danışıb.
Xatırladaq ki, sentyabr ayında "İran Hörmüz" şirkəti ilə podratçı şirkət olan "Rosatom" arasında Hörmüzqan əyalətində dörd müasir 3-cü nəsil nüvə enerji blokunun tikintisini əhatə edən, 25 milyard dollarlıq dəyərində müqavilə imzalanmışdı.