Zaxarova: “Makron daxili problemlərdən diqqəti yayındırmaq üçün gülünc cəhdlər edir” - ÖZƏL

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Fransa Prezidenti Emmanuel Makronu ölkəsindəki daxili problemlərdən diqqəti yayındırmaq üçün Rusiyanı ittiham etməkdə günahlandırıb.
Olaylar.az xəbər verir ki,  Zaxarovanın sözlərinə görə, Makron müxtəlif məsələlərdə  dron uçuşlarından, haker hücumlarından, iqtisadi çətinliklərdən və hətta "kölgə donanması"ndan - Rusiyanı məsul tutmaqla daxildəki problemlərdən diqqəti yayındırmağa çalışır. "Makronun bu gülünc, axmaq və tamamilə qeyri-adekvat cəhdləri onun əsas məqsədinin Fransa daxilindəki amillərdən qaynaqlanan problemləri gizlətmək olduğunu göstərir", - deyə Zaxarova bildirib. O qeyd edib ki, Parisin bütün istiqamətlərdə Moskvaya qarşı ittihamlar səsləndirməsi artıq adiləşib və bu, Fransada yaranan sosial və iqtisadi gərginlik fonunda daxili auditoriyaya hesablanıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31