Marukyan: “Samvel Karapetyan və arxiyepiskop Acapahyan siyasi məhbuslardır” – ÖZƏL
8 Oktyabr 2025 11:03 Dünya"Maariflənmiş Ermənistan" partiyasının lideri, keçmiş səfir Edmon Marukyan iş adamı Samvel Karapetyanı və arxiyepiskop Mikael Acapahyanı siyasi məhbus adlandırıb.
Olaylar.az xəbər verir ki, o, bu fikrini 2012-ci il AŞPA qətnaməsində göstərilən meyarlara əsaslandırıb.
Marukyan bildirib ki, bu şəxslər ifadə azadlığı və fikir bildirmə hüququna görə təqib olunur, onların həbsi siyasi motivlidir və ədalətsiz məhkəmə qərarlarının nəticəsidir.
Onun sözlərinə görə, hakimiyyət müxalif səsləri susdurmağa çalışır, insan haqlarını və demokratik prinsipləri pozur.
Xatırladaq ki, "Taşir" Qrupunun sahibi Samvel Karapetyan iyunun 18-də hakimiyyəti ələ keçirməyə çağırış ittihamı ilə iki ay müddətinə həbs olunub. O, ittihamı rədd edib və hökuməti bacarıqsızlıqda günahlandırıb. Arxiyepiskop Mikael Acapahyan isə iyunun sonunda oxşar ittihamla həbs edilib və 3 oktyabrda məhkəmə onu iki il azadlıqdan məhrum edib.