Samadaşvili: “Qərb Gürcüstanla münasibətləri sıfırdan başlamağa hazır deyil” – ÖZƏL
09:46 DünyaOlaylar.az xəbər verir ki, "Lelo - Güclü Gürcüstan" partiyasının liderlərindən Salome Samadaşvili bildirib ki, Qərb ölkələrinin diplomatları Gürcüstanla münasibətləri yenidən başlamağa hazır olmadıqlarını açıq şəkildə bəyan ediblər. Onun sözlərinə görə, bu, yalnız Bidzina İvanişvilinin hökuməti anti-demokratik siyasətindən imtina etdikdən sonra mümkündür.
Samadaşvili qeyd edib ki, ölkədə azad və demokratik parlament seçkiləri keçirilməyincə, "Gürcü Arzusu" hökumətinin Qərblə münasibətləri bərpa etmək şansı yoxdur.
O, həmçinin Avropa Parlamentinin Gürcüstanla viza rejiminin dayandırılması mexanizmini sadələşdirmə qərarına da münasibət bildirib:
"'Gürcü Arzusu' uzun müddətdir öz vətəndaşlarını cəzalandırır və indi bu siyahıya vizasız rejimin ləğvi də əlavə oluna bilər", - deyə Samadaşvili vurğulayıb.