İran: “Cənubi Qafqazda vəziyyət partlayış həddindədir” – ÖZƏL
09:24 DünyaOlaylar.az xəbər verir ki, iranlı politoloq və jurnalist Xəyal Muəzzin bildirib ki, İran cəmiyyəti 12 günlük İsraillə müharibənin istənilən an yenidən başlaya biləcəyinə inanır. Onun sözlərinə görə, ölkə ordusu tam döyüş hazırlığındadır, xalq isə hər zamankından daha birləşib.
Muəzzin qeyd edib ki, Qərbin İrana qarşı sanksiyaları əks təsir göstərərək, ölkəni iqtisadi və texnoloji baxımdan daha da gücləndirib. Təhran Rusiya, Çin, BRİCS və ŞƏT ölkələri ilə əməkdaşlığı genişləndirir, bu da Qərbin təcrid cəhdlərini nəticəsiz qoyur.
Ekspert bildirib ki, hazırda dünyada münaqişələrin əsas səbəbi ideologiya deyil, ticarət və nəqliyyat dəhlizlərinə nəzarət uğrunda mübarizədir. İransa yeni dünya düzənində öz yerini möhkəmləndirmək üçün logistika istiqamətlərini inkişaf etdirir.
Muəzzin Ermənistanı ehtiyatlı siyasət yürütməyə çağıraraq bildirib ki, İranda "Zəngəzur dəhlizi"nə alternativ layihə üzərində iş gedir və bu marşrut regiondakı ziddiyyətləri azalda bilər.
Politoloqa görə, İranın əsas məqsədi Cənubi Qafqazdan bütün Qərb qüvvələrinin çıxarılmasıdır. O, qeyd edib ki, Tehran milli təhlükəsizlik məsələlərində güzəştə getməyəcək.