Ekvadorda prezidentin kortejinə SİLAHLI HÜCUM: Saxlanılanlar var 

Ekvador prezidenti Daniel Noboanın kortejinə etirazçılar daş atıblar.

Musavat.com xəbər verir ki, bu barədə Prezidentin ofisindən məlumata verilib.

Məlumatda bildirilir ki, hadisə prezident Noboanın Kanar əyalətində infrastruktur layihəsinin açılışında iştirak edərkən baş verib.

Yayılan videokadrlarda bir qrup etirazçının prezidentin avtomobilinə daş atdığı görünür. Energetika naziri İnes Manzano "Ecuavisa" telekanalına bildirib ki, avtomobildə güllə izləri də aşkarlanıb.

Polis beş nəfəri saxlayıb. Onlar terrorçuluqda və adam öldürməyə cəhddə ittiham olunacaqlar.

"Reuters" xatırladır ki, ölkədə sentyabr ayından dizel yanacağının subsidiyasının ləğvinə qarşı etirazlar davam edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31