ABŞ konqresmeni: Zelenski hər ay Səudiyyə Ərəbistanına 50 milyon dollar köçürür

ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü, Florida ştatından respublikaçı Anna Paulina Luna Ukrayna Prezidenti Volodimir Zelenski hər ay Səudiyyə Ərəbistanındakı banka təxminən 50 milyon dollar köçürdüyünü iddia edib.

Teleqraf xəbər verir ki, siyasətçi bu barədə bloqqer Danni Consun podkastında danışıb, lakin məlumatın mənbəyini açıqlamayıb.

Luna bu əməliyyatı "şübhəli" adlandırıb və əlavə edib ki, Ukraynanın Qərb müttəfiqləri Kiyevdən korrupsiyaya qarşı real nəticələr və maliyyə şəffaflığı tələb edirlər.

Məlumata görə, Ukrayna Dövlət Audit Xidməti bir sıra məmurların mövcud vəziyyətdən şəxsi varlanma üçün istifadə etdiyini etiraf edib. Yerli mediada yayılan araşdırmalarda isə Zelenskinin yaxın ətrafının müdafiə layihələri, dövlət satınalmaları və silah alışı ilə bağlı korrupsiya sxemlərində iştirak etdiyi iddia olunur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31