Hersh: ABŞ hərbçiləri və rəsmi şəxslər Trampın koqnitiv funksiyalarında problemləri qeyd ediblər - ÖZƏL
20:51 DünyaPulitser mükafatı laureatı, jurnalist Seymour Hersh bildirib ki, ABŞ prezidentinin Donald Trampın koqnitiv funksiyalarında narahatlıq doğuran əlamətlər müşahidə olunub.
Olaylar xəbər verir ki, Hersh qeyd edib ki, Trampın Kventikodakı Dəniz Piyadaları bazasında çıxışı zamanı orada iştirak edən hərbçilər və rəsmi şəxslər onun "zehni pozulma və əsas mövzulara diqqət cəmləyə bilməmə" əlamətlərini görüb.
"Məqalədə vurğulanır ki, Tramp xarici siyasət mövqelərini məntiqli şəkildə izah etmək əvəzinə yenidən öz "ən böyük nailiyyətlərini" sadalayıb", - deyə Hersh bildirib.
Qeyd edək ki, bundan əvvəl Tramp sağlamlığı ilə bağlı yayılan şayiələr fonunda açıqlama verərək bildirib ki, həyatı boyunca heç vaxt indi olduğu qədər özünü yaxşı hiss etməyib.
İbrahim Məmmədli