Senator Cabarov: Merkel Rusiya–Almaniya münasibətlərinə ziyan vurub - ÖZƏL
20:23 DünyaAlmaniyanın sabiq kansleri Angela Merkel hakimiyyətdə olduğu dövrdə Rusiya ilə Almaniya arasındakı münasibətlər üçün "çoxlu pis işlər" görüb.
Olaylar xəbər verir ki, bu barədə Rusiya Federasiyası Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin birinci müavini Vladimir Cabarov brifinqdə bildirib.
Cabarov qeyd edib ki, Merkel Ukrayna münaqişəsinin sülh yolu ilə həllini uzadaraq Kiyevə Rusiyaya qarşı mübarizə aparmaq üçün vaxt qazandırmağa çalışıb.
"Bu səbəbdən mən xanım Merkelə çox etibar etmirəm. O, bu sahədə də çoxlu pis işlər görüb", - deyə Cabarov bildirib.
Qeyd edək ki, bundan əvvəl Merkel Polşa və Baltik ölkələrini Ukraynada başlanan xüsusi hərbi əməliyyatın başlanmasında dolayı yolla günahkar hesab etdiyini açıqlamışdı.
İbrahim Məmmədli
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31