Bild: Almaniyada naməlum şəxslər Herdecke şəhərinin yeni seçilmiş merini bıçaqlayıblar - ÖZƏL

Almaniyanın Herdecke şəhərinin yeni seçilmiş meri, 57 yaşlı İris Ştaltserə naməlum şəxslər hücum ediblər.

Olaylar "Bild"-ə istinadən xəbər verir ki, qadın ağır bıçaq xəsarətləri alıb.

Məlumata əsasən, mer kürək və qarın nahiyəsindən çoxsaylı bıçaq yaraları ilə öz evində tapılıb. Təcili tibbi yardım xidmətini Ştaltserin övladları çağırıblar.

Merin oğlu polisə bildirib ki, anasına küçədə bir neçə kişi hücum edib.

Xəbərdə qeyd olunur ki, hazırda həkimlər siyasətçinin həyatını xilas etmək üçün mübarizə aparırlar.

İris Ştaltser Almaniya Sosial Demokrat Partiyasının (SPD) üzvüdür.

Qeyd edək ki, ötən il NOS telekanalı Rotterdamda baş vermiş, bir nəfərin öldüyü və digərinin bıçaq xəsarəti aldığı oxşar hadisə barədə məlumat yaymışdı.

İbrahim Məmmədli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31