Tusk: Polşa Almaniyaya “Şimal axını” işi üzrə ekstradisiyaya razı deyil - ÖZƏL

Polşa hakimiyyəti "Şimal axını" və "Şimal axını-2" qaz kəmərlərinə partlayış törətməkdə şübhəli bilinən Ukrayna vətəndaşının Almaniyaya ekstradisiyasına qarşıdır.

Olaylar xəbər verir ki, bu barədə Polşanın Baş naziri Donald Tusk açıqlama verib.

Litvanın Baş naziri İnqa Ruqinene ilə görüşdən sonra çıxış edən Tusk bildirib ki, məsələyə dair yekun qərarı məhkəmə verməlidir.

"Ancaq istəyirəm hər kəs bilsin ki, Polşa hökumətinin mövqeyi dəyişməyib... Onun ittiham olunması və başqa bir ölkəyə təhvil verilməsi Polşanın maraqlarına uyğun deyil", - deyə Tusk bildirib.

Qeyd edək ki, bundan əvvəl vəkil Timoteuş Paproçki Polşanın "Şimal axını"nın partladılmasında şübhəli bilinən şəxsin Almaniyaya verilməsini mümkün hesab etdiyini bildirmişdi.

İbrahim Məmmədli

 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31