Matevosyan: “Klounlar parlamentə can atır”

Ermənistanda növbəti parlament seçkiləri öncəsi siyasi səhnə getdikcə daha çox sirki xatırladır.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə yerli analitik Benyamin Matevosyanın yazıb.

Onun sözlərinə görə, söhbət elə siyasi qüvvələrdən gedir ki, onlar nəinki keçid baryerini aşa biləcək, 1-2 faizdən artıq səs toplamaqda belə çətinlik çəkəcəklər.

Matevosyan bu vəziyyəti "səviyyəsiz sirk nömrəsi" adlandırır. Onun fikrincə, cəmiyyətin diqqətini əsas siyasi hadisələrdən yayındırmaq üçün "kulisdən uçan rəngbərəng şarlarla" insanları əyləndirməyə çalışırlar.

Matevosyan hesab edir ki, Ermənistanın siyasi arenası bu gün real ideyalar deyil, imitasiya və təmtəraqlı çıxışlarla doludur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31