Rusiyada miqrantlarla bağlı ŞOK QADAĞA - 2026-cı ildən...

Rusiyanın Novosibirsk vilayətində miqrantlara yeməkxanalarda işləmək qadağan edilib.

Olaylar.az xəbər verir ki, məhdudiyyət 2026-cı ildə qüvvəyə minəcək.

Müvafiq sərəncamı vilayət qubernatorunun birinci müavini Vladimir Znatkov imzalayıb.

Sənədə əsasən, lisenziya əsasında işləyən əcnəbi vətəndaşlara alkoqollu içkilərin və tütün məmulatlarının pərakəndə satışı, taksi, yük və sərnişin daşımalarında, xəstəxanalarda, məktəblərdə və ali məktəblərdə yeməkxanalarda, idman təşkilatlarında işləmək qadağan ediləcək.

Fərman qüvvəyə mindikdən sonra işəgötürənlər iki ay ərzində bütün miqrantları işdən azad etməlidirlər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31