ABŞ Dəniz Qüvvələri üçün yeni görünməz döyüş təyyarəsi bu həftə seçilir - ÖZƏL

ABŞ-ın Müdafiə Nazirliyi (Pentaqon) bu həftə Hərbi Dəniz Qüvvələri üçün növbəti görünməz döyüş təyyarəsini layihələndirəcək və istehsal edəcək şirkəti seçəcək. Olaylar.az xəbər verir ki, bu barədə  Reuters xəbər verir. Məlumata görə, Boeing və Northrop Grumman şirkətləri F/A-XX adlanan yeni palubalı reaktiv təyyarənin istehsalı üçün yarışır. Bu təyyarə 1990-cı illərdən bəri xidmət edən F/A-18E/F Super Hornet-ləri əvəz edəcək. Layihənin ABŞ-ın Çinə qarşı strategiyasının mərkəzində əhəmiyyətli rol oynayacağı bildirilib.
Proqramın irəliləməsi əvvəllər son dəqiqə texniki problemlər və maliyyə mübahisələri səbəbindən gecikmişdi. Bu ilin yaz və yay aylarında Pentaqon ilə Konqres arasında maliyyələşmə məsələsində fikir ayrılıqları yaranmışdı. Pentaqon təyyarənin ilkin inkişafı üçün 74 milyon dollar tələb etmiş, lakin bəzi rəsmi şəxslər texniki imkanlar və təchizat zənciri ilə bağlı narahatlıqlara görə layihəni 3 ilədək təxirə salmağı düşünmüşdü. Konqres və Hərbi Dəniz Qüvvələri isə kontraktın tezliklə imzalanmasını istəyirdi.
Konqres bu yay qəbul edilən qanun layihəsi çərçivəsində F/A-XX layihəsinin inkişafını sürətləndirmək üçün 750 milyard dollar ayırıb. Bundan əlavə, 2026 maliyyə ili üçün əlavə 1,4 milyard dollar vəsait nəzərdə tutulub.
Hərbi Dəniz Qüvvələri bu həftə layihənin qalibini elan edə bilər, lakin texniki problemlər yenidən gecikməyə səbəb ola bilər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31