ABŞ-da Konqres üzvlərinə gizli izləmə ilə bağlı ixtisarlar aparılıb- ÖZƏL
15:15 DünyaABŞ Federal Təhqiqatlar Bürosunun (FBI) rəhbəri Keş Patel agentlikdəki ixtisarları elan edib. Bu addım, əvvəlki rəhbərliyin Konqres üzvlərinə qarşı həyata keçirdiyi izləmə ilə bağlı məlumatların yayılmasından sonra atılıb.
Olaylar.az xəbər verir ki, Patel bildirib: "Şəffaflıq vacibdir, hesabatlılıq isə kritik əhəmiyyət kəsb edir. Konqres üzvlərinə qarşı əsassız izləmə hallarının aşkarlanması nəticəsində bir sıra əməkdaşlar işdən çıxarılıb və məsuliyyətin müəyyənləşdirilməsi üçün əlavə tədbirlər görüləcək". O, həmçinin xatırladıb ki, əvvəllər yanvar 2021-ci il Kapitoliya hücumunu araşdıran FBI bölməsi ləğv edilib. Fox News kanalı əldə etdiyi sənədə istinadla xəbər verib ki, keçmiş xüsusi prokuror Cek Smit və onun komandası 2023-cü ildə senator-republikaçıların şəxsi yazışmalarına və zənglərinə çıxış əldə ediblər. Smit əvvəllər Kapitoliya hücumu işini araşdırırdı.