Rusiyadan xəbərdarlıq: Müharibə genişlənəcək
15:03 Dünya"(ABŞ-dən) "Tomahawk" qanadlı raketlərinin Kiyevə çatdırılması, əgər bu baş verərsə, ciddi eskalasiya olacaq".
Olaylar.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov brifinqdə deyib.
Kremlin nümayəndəsi qeyd edib ki, bu, potensial olaraq nüvə silahına malik raketdir.
"Bu, ciddi eskalasiya olacaq, amma Kiyev rejimi (Ukrayna) üçün cəbhə xəttində vəziyyəti dəyişdirə bilməyəcək. Amma başa düşmək lazımdır ki, müxtəlif nüanslardan başqa, söhbət nüvə silahı daşıya bilən raketlərdən gedir", - o qeyd edib.
ABŞ Prezidenti Donald Tramp bundan əvvəl bəyan etmişdi ki, o, artıq "Tomahawk"ın Ukraynaya tədarükü ilə bağlı qərara meyllidir, amma əvvəlcə Kiyevin nə planlaşdırdığını öyrənmək istəyir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31