İsrail-ABŞ əməkdaşlığı: Netanyahudan "Planetdəki ən qabaqcıl silahlar" iddiası - ÖZƏL

Olaylar.az xəbər verir ki, İsrailin Baş naziri Benyamin Netanyahu jurnalist Ben Şapirona verdiyi müsahibədə ölkəsinin ən qabaqcıl hücum silahları hazırladığını və onları ABŞ ilə paylaşdığını bildirib.

Netanyahu qeyd edib ki, bu silahlar "planetdə heç bir supergücdə yoxdur". O, həmçinin İsrailin ABŞ-yə təkcə hücum deyil, həm də müdafiə texnologiyaları və kəşfiyyat məlumatları ilə də dəstək verdiyini vurğulayıb.

Trampın Qəzza planı

ABŞ Prezidenti Donald Tramp isə sentyabrın 29-da Qəzzadakı vəziyyətin tənzimlənməsi üzrə 20 bəndlik planını açıqlayıb. Təklif girovların 72 saat ərzində azad edilməsi şərti ilə dərhal atəşkəsi nəzərdə tutur.

Plana görə, HƏMAS və digər qruplaşmalar Qəzza zolağının idarəçiliyində iştirak etməməlidirlər. Zolağa nəzarət isə Trampın rəhbərlik etdiyi beynəlxalq qurumun nəzarətindəki texnokratik hakimiyyətə keçməlidir.
Tramp bazar günü planının birinci mərhələsinin, yəni İsrail-Fələstin münaqişəsinin tənzimlənməsi və girovların azad edilməsi prosesinin bir həftə ərzində başa çatacağını bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31