Qəzzada hər 17 dəqiqədə bir uşaq öldürülür və ya yaralanır - ÖZƏL
14:07 DünyaBMT-nin Uşaq Fondu (UNICEF) bildirib ki, Qaza bölgəsində İsrail hərəkətləri nəticəsində hər 17 dəqiqədə bir uşaq ya öldürülür, ya da yaralanır. Olaylar.az xəbər verir ki, UNICEF-in nümayəndəsi Rikardo Piresin sözlərinə görə, artıq iki ildir ki, "uşaqlar bu böhran qarşısında ən ağır qiyməti ödəyirlər". O əlavə edib ki, HƏMAS-ın İsraildə törətdiyi zorakı hadisələrdən sonra İsrailin qeyri-proporsional reaksiyası nəticəsində 61 min uşaq ya öldürülüb, ya da yaralanıb. "Bu o deməkdir ki, hər 17 dəqiqədə bir uşaq öldürülür və ya əlil olur. Bu, qəbuledilməz və dəhşətli rəqəmdir", - deyə Pires vurğulayıb. Bölgədə vəziyyət 7 oktyabr 2023-cü ildə HƏMAS tərəfdarlarının Qəzzadan İsrail ərazilərinə silahlı keçidi, hüdud bölgələrində sakinlərin öldürülməsi və 250-dən çox girovun götürülməsi ilə kəskinləşib. İsrail buna cavab olaraq HƏMAS-ın hərbi və siyasi strukturlarını məhv etmək və girovları azad etmək məqsədilə hərbi əməliyyatlara başlayıb. Qəzzanın Səhiyyə Nazirliyinin son məlumatlarına görə, əməliyyatlar nəticəsində 67 mindən çox Fələstinli həyatını itirib, 169 mindən çoxu yaralanıb. Bundan əlavə, azı 460 yerli sakin, o cümlədən 154 uşaq aclıqdan ölüb.