Bu ərazi ruslardan TƏMİZLƏNDİ: 8 nəfər əsir götürüldü

Ukrayna Silahlı Qüvvələri Dnepropetrovsk vilayətinin Siçnevoye kəndində uğurlu hücum əməliyyatı keçirərək, təxminən 50 rus işğalçısını məhv edib, 8 nəfəri isə əsir götürüb.

Olaylar.az xəbər verir ki, bu barədə "RBC-Ukrayna" Telegram kanalı 141-ci Əlahiddə Mexanikləşdirilmiş Briqadaya (141-ci SMBR) istinadən məlumat yayıb.

Yayılan videoda ukraynalı əsgərlərin Siçnevoye kəndinə hücumu əks olunub.

"Bu kadrlar film deyil, əsl döyüş əməliyyatlarıdır. Bu, 141-ci Əlahiddə Mexanikləşdirilmiş Briqadanın əsgərləri tərəfindən Siçnevoye kəndinə uğurlu hücumdur", - Briqadanın açıqlamasında deyilir.

Qeyd olunur ki, bir gün əvvəl "DeepState" analitikləri Ukrayna Müdafiə Qüvvələrinin Yanvarske, Sosnovka, Xoroşe və Novoselivka ərazilərini işğaldan təmizlədiyini bildirib. 

Dnepropetrovsk vilayətində ruslar əvvəllər Kalinovskoye və Verbovo kəndlərini ələ keçirdiklərini iddia etsələr də, bu məlumatlar doğru olmayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31