Köçəryan: Ermənistan “Tramp yolu”nu öz gücü ilə qura bilər - ÖZƏL

Ermənistanın ikinci prezidenti Robert Köçəryan ABŞ-ın təşəbbüsü ilə planlaşdırılan "Tramp yolu" layihəsinin Ermənistan üçün daha sərfəli variantına dəyişdirilməsinin vacib olduğunu bildirib. Olaylar.az xəbər verir ki, bu barədə o, oktyabrın 7-də keçirdiyi mətbuat konfransında danışıb.
Köçəryan mövcud layihənin çatışmazlıqlarını sadalayaraq, ABŞ-ın marağının açıq olduğunu və layihənin genişləndirilməsinin mümkün variant olduğunu qeyd edib. Əgər genişləndirmək mümkün olmazsa və Azərbaycan Prezidenti İlham Əliyev razılıq verməzsə, ikinci variantdan istifadə etmək lazım olduğunu söyləyib. "İkinci variant - ABŞ-a təşəkkür etmək, fikrin yaxşı olduğunu bildirmək, amma layihənin bir hissəsini Ermənistanın özü tikəcək. Adı 'Tramp yolu' olaraq qala bilər, amma nəzarət Ermənistanın əlində olacaq. Bu, mühüm bir məsələni həll edəcək. İran yeddi ölkə ilə sərhədə malikdir. Yalnız Ermənistan-İran sərhədində amerikalılar olacaq. Əgər kimsə İranda bununla bağlı xoşbəxt olduğunu düşünürsə, yanılır. ABŞ-ın mövcudluğu İranda ən uzaq ikinci yerdədir, birinci isə Aralıq dənizindəki İncirdikdir. Bu Ermənistan üçün çox risklidir. Suallar yaranır: İran üçün sərhəddə ABŞ-ın mövcudluğu daha pisdir, yoxsa Azərbaycanın? Mən cavab bilmirəm və əminəm ki, Ermənistan hakimiyyəti də bilmir", - Köçəryan bildirib. O, həmçinin Tehran mövqeyini xatırladaraq, İranın sərhədlərin dəyişməsinə imkan verməyəcəyini vurğulayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31