BMT-nin 9 əməkdaşı GİROV GÖTÜRÜLDÜ - Quterreşdən TƏCİLİ AÇIQLAMA
10:56 DünyaHusilər Yəmənin şimalında BMT-nin daha doqquz əməkdaşını saxlayıblar.
Olaylar.az xəbər verir ki, bu barədə BMT baş katibinin sözçüsü Stefan Düjarrik bildirib.
Onun sözlərinə görə, 2021-ci ildən bəri husilər tərəfindən özbaşına saxlanılan BMT əməkdaşlarının ümumi sayı 53-ə çatıb.
Son insidentin dəqiq tarixi göstərilməyib.
Düjarrik qeyd edib ki, BMT-nin baş katibi Antonio Quterreş husilərin hərəkətlərini "qətiyyətlə pisləyir" və həbs olunan bütün əməkdaşların dərhal azad edilməsini tələb edir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31