Lukaşenko Belarusda qiymət artımını qadağan etdi – ÖZƏL

Belarus Prezidenti Aleksandr Lukaşenko ölkədə qiymət artımına tam qadağa qoyulması barədə göstəriş verib. 

Olaylar.az xəbər verir ki, Dövlət agentliyi BelTA-nın məlumatına görə, qərar 6 oktyabrdan qüvvəyə minib.

"6 oktyabrdan etibarən hər cür qiymət artımı qadağandır. Qəti surətdə! Bu gündən, sabahdan yox. Kiminsə sonradan arxadan hesabat aparmasına da icazə verməyəcəyəm," - deyə Lukaşenko bildirib.

Prezident bu qərarın səbəbini də izah edib: "Qiymətlər artıq tavan səviyyəyə çatıb. Daha artırmağa ehtiyac yoxdur. Yalnız bəzi istisnalar mümkündür və onlar da nazirlərin və qubernatorların nəzarətində olacaq."

Lukaşenko həmçinin sahibkarları xəbərdar edib ki, bu qərardan sonra obyektlərini bağlamağa və ya bazardan çıxmağa cəhd etməsinlər.

Məlumata görə, Baş nazirin müavini Nikolay Snopkov qərara etiraz etməyə çalışıb, lakin Lukaşenko onu sərt tonda dayandırıb: "Elə edin ki, insanlara yaxşı olsun... İnsanlara sənin makro səviyyən maraqlı deyil."

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31