Qəzza əməliyyatlarında 1000-dən çox İsrail əsgəri ölüb
21:49 Dünya2023-cü ilin oktyabr ayından etibarən davam edən hərbi toqquşmalarda 1 150-dən artıq İsrail hərbçisinin həyatını itirdiyi bildirilir.
Olaylar xəbər verir ki, bu məlumat İsrailin Müdafiə Nazirliyi tərəfindən yayımlanıb.
Məlumata əsasən, həlak olanlar arasında yalnız əsgərlər deyil, həmçinin polis əməkdaşları və daxili təhlükəsizlik xidməti (Şin Bet) nümayəndələri də var.
Qeyd edək ki, bu hərbi əməliyyatlar HAMAS-ın 7 oktyabr 2023-cü ildə İsrailə qarşı hücumundan sonra İsrailin Qəzza zolağında başladığı hərbi cavab əməliyyatları nəticəsində baş verib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31