BMT Rusiya və ABŞ arasında nüvə silahlarına nəzarət dialoqunu alqışlayır - ÖZƏL
21:28 DünyaBirləşmiş Millətlər Təşkilatı (BMT) nüvə arsenalına nəzarət və məhdudlaşdırma üzrə bütün səyləri, o cümlədən Rusiya və ABŞ arasında mümkün dialoqu, alqışlayır.
Olaylar xəbər verir ki, bu barədə BMT Baş Katibinin rəsmi nümayəndəsi Stefan Dujarrik bildirib.
O, açıqlamanı ABŞ Prezidenti Donald Trampın Rusiya Prezidenti Vladimir Putinin Strateji Hücum Silahlarının Azaldılması Müqaviləsi (DSHV) çərçivəsində məhdudiyyətlərin uzadılması təklifinə reaksiyasını şərh edərkən verib.
"Biz nüvə arsenalına nəzarət və məhdudlaşdırma üzrə bütün səyləri alqışlayırıq", - deyə Dujarrik vurğulayıb.
Bundan əvvəl Tramp TASS-a açıqlamasında Putinin DSHV üzrə təklifini "yaxşı fikir kimi səslənir" şəklində qiymətləndirib. 22 sentyabrda Putin Rusiya Təhlükəsizlik Şurası ilə keçirilən iclasda bildirib ki, DSHV-nin fevralda müddətinin bitməsindən sonra Rusiya sənəd üzrə kvantitativ məhdudiyyətlərə bir il ərzində əməl etməyə hazırdır. Lakin bu addım yalnız ABŞ eyni şəkildə hərəkət edərsə mümkün olacaq.
"Baş Katib çox aydın şəkildə öz mövqeyini bildirib, o, nüvə silahlarından azad bir dünya görmək istəyir. Lakin çox vacib razılaşmalar mövcuddur və biz istəyirik ki, onlar qorunsun", - Dujarrik əlavə edib.
İbrahim Məmmədli