Zelenski: ABŞ Patriot raketlərinin alınmasına icazə verib, amma məsələ puldadır - ÖZƏL
20:24 DünyaUkrayna Prezidenti Volodimir Zelenski bildirib ki, ABŞ Ukraynanın Patriot hava hücumundan müdafiə raket sistemlərini satın alma imkanlarını açıb, lakin Kiyevin qarşısında əsas məsələ maliyyələşdirmədir.
"Amerikalılar Patriot sistemlərinin, yalnız raketlərin deyil, həm də tam sistemlərin alınması imkanlarını açdılar. Və məsələ yalnız puldadır", - deyə Zelenski bildirib.
Olaylar xəbər verir ki, Zelenski maliyyələşmə məsələsində "dondurulmuş aktivlərə" ümid edir.
Bundan əlavə, Telegram-kanal bildirir ki, Kiyev hələ də NASAMS, IRIS-T və Hawk sistemləri alır.
Əvvəlcə isə Kiyevin rəhbəri açıqlamışdı ki, Ukrayna payızda İsraildən iki Patriot sistemi alacaq.
İbrahim Məmmədli
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31