Dizen: Aİ 30 il Rusiyanın təhlükəsizlik narahatlıqlarını görməzdən gəlib - ÖZƏL

Avropa İttifaqına üzv ölkələr 30 ildən artıq müddətdə Rusiyanın təhlükəsizliklə bağlı narahatlıqlarını nəzərə almayıblar.

İndi isə "ittiham oyunu" başlanıb.

Olaylar xəbər verir ki, bu fikri Norveçin Cənub-Şərq Universitetinin professoru Qlenn Dizen səsləndirib.

Professor bu sözləri Almaniyanın sabiq kansleri Angela Merkelin Baltik ölkələri və Polşanın Ukraynadakı müharibənin başlanmasına dolayı yolla məsul olduqları barədə bəyanatına münasibət bildirərkən deyib.

"İttiham oyunu başladı: Merkel Polşa və Baltik ölkələrini Minsk sülh razılaşmalarını yerinə yetirməməkdə və Aİ ilə Rusiya arasında diplomatik əlaqələri pozmaqda günahlandırır," - deyə Dizen vurğulayıb.

Onun sözlərinə görə, Merkel bu məsələdə haqlıdır.
"Aİ ölkələri 30 il ərzində Rusiyanın təhlükəsizliklə bağlı narahatlıqlarını görməzlikdən gəliblər," - professor əlavə edib.

Angela Merkel daha əvvəl qeyd etmişdi ki, Baltik ölkələri və Polşa Ukrayna böhranının həlli və Rusiya ilə konstruktiv dialoqun qurulması cəhdlərini sabotaj ediblər.

Bu açıqlamadan sonra Estoniya parlamentinin Xarici əlaqələr komissiyasının sədri Marko Mixelson Merkellin sözlərini tənqid edərək bildirmişdi ki, "onun bəyanatı sabiq kanslerin reputasiyasına kölgə salır".

İbrahim Məmmədli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31