Makronun kədərli anları: Baş nazirin istefasından sonra Sena çayı sahilində tək gəzişdi
20:02 DünyaFransanın Baş naziri Sebastien Le Kornelyenin (Sébastien Le Corneille) istefasından qısa müddət sonra prezident Emmanuel Makronun Parisdə Sena çayı boyunca təkbaşına, düşüncəli halda gəzdiyi anların videosu yayımlanıb.
Milli.Az xəbər verir ki, bu görüntüləri BMF Televiziyası paylaşıb.
Videoda Makronun üz ifadəsinin aydın şəkildə gərgin və kədərli olduğu görünür. Fransız mediası bu kadrları, hazırda ölkə siyasətində yaranan çətin vəziyyətin simvolu kimi təqdim edir.
Hazırda baş nazir postu üçün mümkün namizədlərin yalnız müxalifət sıralarından gəlməsi vəziyyəti daha da çətinləşdirir. Parlamentdə hökumətə etimadsızlıq səsverməsinin keçirilməsi riski də gündəmdədir və bu dəfə belə bir qərarın qəbul olunma ehtimalı xeyli yüksək qiymətləndirilir.
Qeyd edək ki, Sebastien Le Kornelye bu gün vəzifəsindən istefa verib. O, cəmi bir gün əvvəl yeni kabinetin tərkibini açıqlamışdı. Yeni hökumətdə əvvəlki baş nazir Fransua Bayrunun komandasından və Makrona yaxın şəxslərdən bir çoxu yer alırdı.
Makronun tək gəzintisi Fransada siyasi böhranın dərinləşdiyi bir vaxtda baş verir və bu görüntülər ictimaiyyətdə böyük rezonans doğurub.