Fransanın yeni Baş naziri istefasının səbəbini açıqlayıb

Fransanın Baş naziri Sebastyan Lökornü istefasının səbəbini ölkədəki siyasi partiyalar arasında kompromisə nail olmağın mümkünsüzlüyü ilə izah edib.

AZƏRTAC xəbər verir ki, bu barədə "The Washington Post" qəzeti məlumat yayıb. "Baş nazir olmaq çətin vəzifədir, xüsusilə də indiki dövrdə", - deyə siyasətçi bildirib.

Sebastyan Lökornü qeyd edib ki, irəliyə yol açmağa çalışsa da, siyasi partiyaların "iştahası" bu prosesi demək olar ki, mümkünsüz edib. "Hər bir siyasi partiya sanki parlamentdə mütləq çoxluğa sahibmiş kimi davranır", - deyə o vurğulayıb.

Xatırladaq ki, Sebastyan Lökornü oktyabrın 6-da, təyin olunmasından cəmi bir ay keçməmiş Baş nazir postundan istefa verib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31