İrandan Türkiyəyə qarşı YENİ BƏYANAT

İran Xarici İşlər Nazirliyi Türkiyənin ləğv edilmiş BMT Təhlükəsizlik Şurası qətnamələrinin icrası ilə bağlı bildiriş göndərməsini "lazımsız və hüquqi baxımdan etibarsız" adlandırıb.

Olaylar.az xəbər verir ki, bu barədə Nazirliyin rəsmi nümayəndəsi İsmayıl Bəqai danışıb.

İran rəsmisi iddia edib ki, Türkiyənin həmin qətnamələrin icrasına dair son addımları hüquqi əsasdan məhrumdur. Onun iddiasına görə, Fransa, Almaniya və Böyük Britaniyanın sanksiyaları bərpa etməsi "qanuni hüquqi baza"ya malik deyil və beynəlxalq hüquq normalarını pozur.

Bahai bütün ölkələri, xüsusilə İranın qonşularını və dost dövlətləri, bu üç Avropa ölkəsinin qanunsuz addımlarını legitimləşdirəcək hər hansı tədbirlərdən çəkinməyə çağırıb.

Diplomat vurğulayıb ki, Türkiyənin bildirişində adı çəkilən təşkilatların bu ölkədə nə hesabları, nə də aktivləri var, və İran Atom Enerjisi Təşkilatının beynəlxalq əlaqələr üzrə müavini də heç bir aktivin dondurulmadığını təsdiqləyib.

Xatırladaq ki, ötən həftə "Sepah Pasdaran" adlı Telegram kanalı Türkiyənin 20 iranlı fiziki şəxs və 18 təşkilatın əmlakını, aktivlərini və hesablarını dondurduğunu xəbər edib.

Mənbənin məlumatına görə, sanksiya tətbiq edilən qurumlar arasında İran Atom Enerjisi Təşkilatı ilə əlaqəli strukturlar və "Bank Sepah" da var.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31