Ukraynada döyüşmüş daha bir gürcü Ermənistanda saxlanıldı

Ukrayna Silahlı Qüvvələrinin sıralarında döyüşmüş və Rusiyanın beynəlxalq axtarışa verdiyi daha bir Gürcüstan vətəndaşı Ermənistanda saxlanılıb.

Olaylar.az bildirir ki, ölkənin Daxili İşlər Nazirliyi bu məlumatı erməni mediasına təsdiqləyib. Vano Sabaşvili sentyabrın əvvəlində Gürcüstandan Ermənistana daxil olarkən saxlanılıb və daha sonra məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. 

O, əvvəllər məhkəmə tərəfindən Ukrayna tərəfində hərbi əməliyyatlarda iştirak etməkdə təqsirli bilinib və qiyabi həbs cəzasına məhkum edilib. İndi ekstradisiya məsələsi Ermənistan Baş Prokurorluğunun səlahiyyətindədir. Nəzarət qurumu Sabaşvilinin ekstradisiya edilib-edilməyəcəyini müəyyən etmək üçün yazılı sorğu təqdim etməyi təklif edib.

Sentyabrın əvvəlində Ermənistan hüquq-mühafizə orqanlarının əməkdaşları Rusiya Federasiyası tərəfindən muzdluluq işi ilə bağlı axtarışda olan Georgi Kinoianini də saxlayıblar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31