“Tehran hazırda ABŞ ilə danışıqlar aparmağı planlaşdırmır” – ÖZƏL
14:55 DünyaOlaylar.az xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai bazar ertəsi keçirdiyi mətbuat konfransında bildirib ki, Avropanın üç ölkəsinin (Böyük Britaniya, Fransa və Almaniya) nüvə məsələsinə yanaşması gələcək danışıqların gedişatını dəyişib. O əlavə edib ki, Tehran hazırda ABŞ ilə danışıqlar aparmağı planlaşdırmır.
Bəqai Avropa ölkələrinin son addımlarını "məsuliyyətsiz və dağıdıcı" adlandırıb və onların ABŞ-nin tələblərini BMT Təhlükəsizlik Şurasına diktə etdiyini bildirib. Onun sözlərinə görə, İran MAQATE ilə öhdəliklərinə uyğun şəkildə əməkdaşlıq çərçivəsini genişləndirib və Agentlik bundan razı qalıb, lakin Avropa sonradan bu dəstəyi geri çəkib.
Diplomat qeyd edib ki, Avropanın bu addımları rasional hesablamalardan deyil, ABŞ-nin təzyiqindən irəli gəlir. İranın mövqeyini Rusiya və Çin də dəstəkləyib.
Xatırladaq ki, "Evr3-lük" adlanan bu ölkələr "snapback" mexanizmini işə salaraq BMT-nin İrana qarşı sanksiyalarını yenidən qüvvəyə mindiriblər.