Yüzlərlə insan Everestdə qar fırtınasına düşdü

Everest dağının Tibet tərəfində baş verən güclü qar fırtınasından sonra dağda qalan yüzlərlə insanın xilas edilməsi üçün əməliyyat aparılır.

Olaylar.az xəbər verir ki, bu barədə Çinin dövlət mediası məlumat yayıb.

Xilasetmə qrupları düşərgələrə giriş yolunu açdıqdan sonra təxminən 350 yürüşçü təhlükəsiz şəkildə Qudanq qəsəbəsinə çatdırılıb.

Dağın şərqindəki Kanqşunq yamacı yaxınlığında qalan 200-dən çox insanla da əlaqə saxlanılıb. Onların mərhələli şəkildə Qudanqa gətiriləcəyi açıqlanıb.

4 000 metr yüksəklikdə yerləşən bu əraziyə aparan yolları təmizləmək üçün yüzlərlə yerli sakin və xilasedici cəlb olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31