Zelenski nazirlərin parlament çağırışını cərimələyən qanuna veto qoydu - ÖZƏL

Ukrayna Prezidenti Volodimir Zelenski parlamentin çağırışı ilə nazirlər və digər rəsmi şəxslərin qatılmaması halında cərimə tətbiq edən qanuna veto qoyub. Olaylar.az xəbər verir ki, bu barədə Rada deputatı Yaroslav Jeleznyak məlumat verib.
Jeleznyakın bildirdiyinə görə, sentyabrın əvvəlində qəbul edilən qanun layihəsi 11 387 nömrəli idi və Rada tərəfindən 229 səs ilə təsdiqlənmişdi. Qanun, parlamentin çağırışına qatılmayan nazir və digər yüksək vəzifəli şəxslərə inzibati məsuliyyət və böyük məbləğdə cərimə tətbiq etməyi nəzərdə tuturdu. Qanuna əsasən, deputatlar nazirləri və digər rəsmi şəxsləri mübahisəli məsələləri müzakirə etmək üçün parlamentə çağırır, lakin bir çox hallarda çağırışlar nəzərə alınmırdı. Məsələn, iyul ayında o vaxtkı müdafiə naziri Rustem Ümerov parlamentə çağırılmasına baxmayaraq, iştirak etməmişdi. Eyni zamanda, xarici işlər naziri Andrey Sibiga da bir neçə dəfə parlament çağırışını rədd etmişdi. Zelenski qanunu Rada-ya yenidən baxılması üçün göndərərək onun rədd edilməsini təklif edib. Deputat Jeleznyak isə qeyd edib ki, qanun layihəsinin müəllifləri inzibati məsuliyyəti tətbiq etmək üçün "başqa bir yol" tapacaqlar. Qanun layihəsi hazırda prezidentin veto ilə bağlı yenidən Rada tərəfindən müzakirəyə hazırlaşdırılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31