Rusiyada sinaqoqlara planlaşdırılan terror aktları qarşısı alınıb – ÖZƏL

Rusiyanın Krasnoyarsk və Stavropol bölgələrində yəhudi ibadət obyektlərinə qarşı planlaşdırılan terror aktlarının qarşısı alınıb. 

Olaylar.az xəbər verir ki, bu barədə Kommersant nəşri FTX-ə istinadən məlumat yayıb.

Məlumata görə, hücumları Rusiyada qadağan olunmuş beynəlxalq terror təşkilatının tərəfdarları planlaşdırıblar.

Krasnoyarskda Mərkəzi Asiya ölkələrindən birinin iki vətəndaşı saxlanılıb. Onlar şəhər sinaqoqunda partlayıcı qurğu işə salmağı planlaşdırıblar. Onlara qarşı terror aktına hazırlıq və terror fəaliyyətinə yardım maddələri ilə cinayət işi açılıb.

Piatigorskda isə bir Rusiya vətəndaşı Yəhudi dini icmasının binasını yandırmaq niyyətində olarkən saxlanılıb. Onun üzərindən "Molotov kokteylləri", iki bıçaq və xaricdəki "koordinatorla" yazışmalar aşkar edilib.

FTX xatırladıb ki, mart ayında Moskvaətrafında, avqustda isə Obninskdə sinaqoqlara qarşı oxşar hücum cəhdlərinin də qarşısı alınmışdı.Ə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31