Həmkarlar ittifaqları Trampdan işdən çıxarmalardan imtina etməyi tələb edir - ÖZƏL

ABŞ-ın iki böyük həmkarlar ittifaqı- Federal Dövlət Xidmətçiləri Amerikan Federasiyası və Ştat, Rayon və Bələdiyyə Xidmətçiləri Amerikan Federasiyası - ABŞ Prezidenti Donald Trampın hökumətin qismən fəaliyyətini dayandırmasından (şatdaun) istifadə edərək dövlət aparatını ixtisar etməsinə mane olmaq üçün Kaliforniya federal məhkəməsinə müraciət edib. Olaylar.az xəbər verir ki, bu barədə CNN məlumat verib. Həmkarlar ittifaqlarının fikrincə, federal hökumətin addımları "dövlət başçısının prioritetlərinə uyğun olmayan" iş yerlərinin daimi ləğvinə gətirib çıxara bilər. İttifaqların iddiasında qeyd olunur ki, "şatdaun zamanı kütləvi ixtisarların qarşısını almaq" üçün müvəqqəti məhkəmə qadağası tətbiq edilməlidir. Federal Dövlət Xidmətçiləri Amerikan Federasiyasının rəhbəri Everett Kelly bildirib ki, "Tramp administrasiyasının desetlərlə min federal dövlət işçisini ixtisar etməklə hədələməsi yalnız qanunsuz deyil, həm də düzgün deyil". Bazar günü Tramp bildirib ki, ölkədə şatdaun şəraitində dövlət işçilərinin ixtisarı artıq başlayıb. Ağ Evin mətbuat katibi Karoline Livitt oktyabrın 2-də açıqlayıb ki, Vaşinqton administrasiyası şatdaun zamanı minlərlə dövlət işçisini işdən çıxaracaq. Ağ Evin Administrativ və Büdcə İdarəsinin direktoru Russell Vout əvvəlcə Nümayəndələr Palatasının respublikaçı üzvlərinə bildirmişdi ki, administrasiya yaxın günlərdə şatdaun səbəbindən federal qurumlarda kütləvi ixtisarlara start verəcək. ABŞ vitse-prezidenti J.D. Vens isə bildirib ki, Ağ Ev şatdaundan istifadə edərək dövlət aparatını daha da ixtisar etməyi planlaşdırır.
ABŞ federal hökuməti maliyyə təminatının olmaması səbəbindən 1 oktyabr gecəsi qismən fəaliyyətini dayandırıb. Bunun səbəbi Respublikaçı və Demokrat partiyalarının Konqresdə bir sıra xərclər maddələrində, xüsusilə səhiyyə sahəsində razılığa gələ bilməməsidir. Partiyalar bir-birini şatdauna səbəb olmaqda və onu siyasi məqsədlərlə uzatmaqda ittiham edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31