Britaniyanı qasırğa VURDU: Ölən var, minlərlə ev işıqsız qaldı
18:30 Dünya"Emi" qasırğası Böyük Britaniya və İrlandiyanı vurub.
Musavat.com xəbər verir ki, xarici KİV-lərin məlumatına görə, güclü fırtına nəticəsində bir nəfər həyatını itirib.
Məlumatda bildirilir ki, küləyin sürəti saatda 90 milə çatır. Təbii fəlakət nəticəsində ağaclar aşıb, avtomobillər çevrilib, bir çox evlərin dam örtüyü dağılıb.
"Sky News" bildirir ki, enerji şirkətləri 60 mindən çox abunəçinin elektrik təchizatını bərpa etməyə çalışır. Sinoptiklər hava şəraitinin daha da pisləşəcəyi, nəqliyyatda ciddi nasazlıqlar və yeni fırtınaların baş verə biləcəyi barədə xəbərdarlıq ediblər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31